AZ

Məşhur müğənni Elvis Preslidən niyə imtina etdiyini deyib

Erməni mənşəli amerikalı müğənni Şer bir vaxtlar rok-n-roll kralı Elvis Preslidən niyə imtina etdiyini söyləyib.

Herbiand.az xarici mətbuata istinadən bildirir ki, “The Jennifer Hudson Show” verilişində ondan əfsanəvi müğənni Elvis Presli ilə niyə görüşmədiyini soruşublar. Daha əvvəl Şer ayrı bir müsahibəsində onunla yollarının az qala kəsişdiyini açıqlamışdı.

“Bu ona görə alınmadı ki, onun reputasiyası məni əsəbiləşdirirdi. Mən onun çevrəsini tanıyırdım və məsələ onların pis insanlar olmasında deyildi, sadəcə onun reputasiyasına görə bir az narahat idim”, - Şer deyib.

Şerin sözlərinə görə, o, çox utancaqdır və "kişilərdən bir az utanır": “Mənim cavan kişilərlə görüşməyimin səbəbi odur ki, mənim yaşımda və ya ondan böyük kişilər artıq ölüblər. Əvvəllər həmişə mənə yaxınlaşmağa qorxurdular və bunu yalnız gənclər edirdi”.

Bir müddət əvvəl Şer demişdi ki, uşaqlıqdan Preslinin pərəstişkarı olub: “10 yaşım olanda anam Elvisi görmək üçün məni Pan Pacific-ə apardı. Mən sadəcə... Mən onu çox sevirdim. Sonra böyüyəndə o məni Las Veqasa dəvət etdi... Amma o qədər qorxdum ki, getmədim”.

Rok-n-Roll kralını rədd etmək qərarını müdafiə edən Şer, Preslinin yaxşı formada olmadığını deyib: “O, yaxşı formada deyildi... Narkotik və hər şeydən istifadə edirdi”.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla