AZ

İkinci şübhəli ölüm: “Boeing” təyyarəsinin qüsurları ilə bağlı ifadə verənlər gözlənilmədən həyatını itirir

İkinci

“Boeing” təchizatçısı “Spirit AeroSystems”in keçmiş keyfiyyət auditoru və Spirit rəhbərliyinin 737 MAX-da istehsal qüsurlarına məhəl qoymadığını iddia edərək ilk məlumat verənlərdən biri - Coşua Din çərşənbə axşamı dünyasını dəyişib.

Reyting.az
xəbər verir ki, Coşua Din qəfil və sürətlə yayılan infeksiya ilə mübarizə apardıqdan sonra vəfat edib.

Bildirilir ki, 45 yaşlı Coşua Din Spiritin yerləşdiyi Kanzasda yaşayıb.

Yaxınları onun özünü yaxşı hiss etdiyini və sağlam həyat tərzi sürdüyünü iddia edirlər. Ancaq iki həftə əvvəl Din nəfəs almaqda çətinlik çəkidiyi üçün xəstəxanaya gedib. Ona pnevmoniya və daha sonra ciddi bir bakterial infeksiya diaqnozu qoyulub. Mütəxəssis iki həftə ağır vəziyyətdə qaldıqdan sonra dünyasını dəyişib.

Qeyd edək ki, Din Spirit səhmdarının iddiasında ifadə verib və həmçinin Federal Aviasiya Administrasiyasına “Spiritin 737 istehsal xəttinin keyfiyyəti ilə bağlı yüksək səviyyəli rəhbərlik tərəfindən ciddi və kobud pozuntular” iddiası ilə şikayət edib. Şirkət 2023-cü ilin aprelində auditoru işdən azad edib. O, Əmək Departamentinə şikayətində işdən çıxarılmasının aviasiya təhlükəsizliyi ilə bağlı narahatlıqları artırdığına görə ondan qisas alındığını iddia edib.

Beləliklə, 2022-ci ildə Din mexaniklərin MAX seriyalı təyyarələrin təzyiq çərçivəsində deliklər açmaq texnologiyasını pozduqlarını aşkara çıxarıb. Bu barədə rəhbərlərinə məlumat verib, lakin onlar vəziyyətə məhəl qoymayıblar.

Eyni yoxlama zamanı o, işdən çıxarılmasına səbəb olan başqa bir nöqsan görməyib. Din daha sonra pozuntular barədə ABŞ Federal Aviasiya Administrasiyasına məlumat verib.

Məlumata görə, bu, təyyarənin təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ifadə edən “Boeing” əməkdaşları arasında ikinci ölüm hadisəsidir. Con Barnett mart ayında ölü tapılıb. Onun “Boeing”-in nasazlığı ilə bağlı işdə ifadə verərkən intihar etdiyi bildirilir.

V. QULİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
12
Mənbələr
Şərh ()
Bağla