AZ

Nazir: "COP29 Azərbaycanın iqlimə dair tədbirlərini səfərbər etmək səylərini göstərir"

Azərbaycan COP29-a ev sahibliyi edir və bu qlobal tədbirə ev sahibliyi etməkdən qürur duyur, bununla da hökumətin iqlimə dair tədbirlərini səfərbər etmək səylərini göstərir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində keçirilən “Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı regionunda daha ekoloji cəhətdən təmiz əlavə dəyər zəncirlərinin maliyyələşdirilməsi” adlı tədbirdə deyib.

“İddialı məqsədlərimizə çatmaq üçün maliyyə vəsaitinə ehtiyac duyulur. Biz qlobal maliyyələşdirmə haqqında düşünməliyik və Bakıda keçiriləcək konfrans buna töhfə verəcək. Maliyyə resursları olmalıdır, biz hələ də bu resursların təmin edilməsi üsullarını, mexanizmlərini müzakirə edirik”, - o vurğulayıb.

Nazirin sözlərinə görə, söhbət əsasən resursların yenidən bölüşdürülməsindən gedir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
5
Mənbələr
Şərh ()
Bağla