AZ

İdeal boy və çəki indeksi necə olmalıdır? -Dietoloqdan AÇIQLAMA

Artıq yay mövsümü yaxınlaşır. İnsanların çoxu fit bədənə sahib olmaq arzusuna düşürlər. Araşdırma zamanı sosyal şəbəkələrdə qısa zaman ərzində çox çəki azaltmağın yollarını göstərirlər.                                                                                    
Görəsən, bu sağlamlıq cəhətdən nə dərəcədə doğrudur? 

Mövzu ilə bağlı danışan dietoloq Sevinc Həsənzadə "Sherg.az"a açıqlamasında bildirib ki,  bəziləri  fürsətdən istifadə edib heç bir elmə əsaslanmayan üsullarla insanların sağlamlığı ilə oynayırlar: 

"Doğrudur, hər gün müxtəlif sosial şəbəkələrdə möcüzə pəhrizlərlə qarşılaşırıq. Yaxşı, bu qədər çox pəhriz siyahısı varkən niyə insanların artıq çəki problemi hələ də var? Çünki bu pəhrizlər ilk vaxtlarda sürətli çəki itkisinə səbəb olsa da qısa müddətdən sonra bu kilolar artıqlaması ilə geri qayıdır. Bu cür pəhrizlər sağlamlığa zərər verir, maddələr mübadiləsini pozur, eyni zamanda ömrü qısaldır. Onsuz da həyat tərzinə uyğun olmayan heç bir şey uğurlu olmur. Bu cür pəhrizlərdə əslində ağırlıq itkisi bədəndəki yağ kütləsinin azalmasına səbəb olur. Çəki itkisinin sürətlə baş verməsi əvvəlcə su, sonra əzələ kütləsinin azalması ilə əlaqədardır. Əzələ və su kütləsinin itkisi isə sağlamlıq baxımından risklidir".

Ekspert  boya əsasən ideal kilo aralıqları bölüşüb:



Qeyd edək ki, bu rəqəmlər yaşa görə dəyişir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla