AZ

"Real"ın kapitanı Messi ilə komanda yoldaşı olacaq

Yayda "Real"dan ayrılacağı gözlənilən Naçonun yeni klubu müəyyənləşmək üzrədir.

"Unikal" İspaniyanın "Todofichajes" nəşrinə istinadən xəbər verir ki, Madrid klubunun kapitanı karyerasını ABŞ-də davam etdirəcək.

İspaniyalı futbolçunun "İnter Mayami"yə keçəcəyi bildirilib.

Qeyd edək ki, 34 yaşlı müdafiəçinin "Real"la müqaviləsi mövsümün sonunda başa çatacaq. 2012-ci ildən "Real"da çıxış edən Naçonun artıq komandanı tərk edəcəyi ilə bağlı klub rəhbərliyi ilə danışdığı qeyd olunur.

Xatırladaq ki, "İnter Mayami"də "Barselona"nın sabiq futbolçuları Lionel Messi, Luis Suares, Jordi Alba və Serxio Busgets də çıxış edir. Alba ilə Buskets Naço ilə İspaniya millisində birgə çıxış ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
11
Mənbələr
Şərh ()
Bağla