AZ

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk

Bakı

Bakı, 2 may, AZƏRTAC

Biz Fransanın son müstəmləkələri olan dənizaşırı ərazilərinin və Korsikanın ədalətli müstəqillik mübarizəsinə dəstək göstəririk.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov mayın 2-də keçirilən mətbuat konfransında deyib.

Azərbaycan Bayrağının bu ölkələrdəki aksiyalarda dalğalanması ilə bağlı məsələyə aydınlıq gətirən A.Abbasov deyib: “Bu, bir neçə məsələ ilə bağlıdır – Azərbaycan Prezidentinin dekolonizasiya prosesinə mühüm töhfəsi, kolonializmə qarşı mübarizədə göstərdiyi qəti mövqe və beynəlxalq tribunlarda bu məsələni dəfələrlə səsləndirməsi. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründəki fəaliyyəti və Bakı Təşəbbüs Qrupunun bu ərazilərə olan dəstəyi də buna təsir göstərir. Onlar isə ölkəmizə, Liderimizə olan rəğbətlərini belə nümayiş etdirirlər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq