AZ

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

ICESCO

Bakı, 2 may, AZƏRTAC

Aparılan tədqiqatlara əsasən iqlim dəyişmələri ilə bağlı üç fərqli xəbərdaredici ssenari mövcuddur. Ən son araşdırmalara görə mədəni irs abidələrində iqlim dəyişikliyinin olduqca mənfi təsirləri müşahidə ediləcək. Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır. Bu proses başlamamışdan əvvəl hətta bəzi abidələrə qarşısıalınmaz təsir göstərib.

AZƏRTAC xəbər verir ki, bunu ICESCO Baş katibinin müşaviri Heşam Əl Əskəri “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də keçirilən "Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" adlı 4-cü plenar sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son beş il ərzində aparılan tədqiqatlar yeni modellərin işlənib hazırlanmasına imkan yaradıb: “Mədəni irsin qorunmasına dair qarşımızdakı məram çox vacibdir. Bu, bizim keçmişimizlə bağlıdır və gələcəyimizə aiddir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla