AZ

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil.

Turizm eksperti Rəhman Quliyev BiG.AZ-a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhəri və Litvanın Vilnus şəhəri. Cenevrə azərbaycanlı tələbələrin çox olduğu şəhərdir. Litva isə müalicəvi sanatoriyaları ilə məşhurdur və coğrafi mövqeyinə görə çox əlverişlidir:

"Bu gün Azərbaycan hüdudlarından kənara uçuşlar həyata keçirən Azərbaycan Hava Yolları ilə yanaşı digər aviakompaniyalar da var ki, həm Avropa, həm Asiya ölkələrindən uçuşlar həyata keçirir. Əlbəttə ki, bu gün qarşılıqlı turist mübadiləsini həyata keçirmək üçün aviareyslərin sayında artım olsa, yüksək rəqəmlərə nail ola bilərik. Avropa ölkələrindən Çexiyanın paytaxtı Praqadan,Macarıstanın paytaxtı Budapeştdən, Avstriyanın paytaxtı Vyana, Almaniyanın paytaxtı Berlindən, Fransanın paytaxtı Parisdən, Moldovadan, Monteneqrodan, Romadan, Milandan birbaşa uçuşlar həyata keçirilir. Yay mövsümündə Barselonaya da çarter reysləri həyata keçirilir. Əlbəttə ki, bu, qarşılıqlı turist mübadiləsini təmin edir. Burada tək turist yox, tələbə inteqrasiyası faktoru da var. Eyni zamanda Azərbaycana gələn turistləri daşıyır, Azərbaycanın turist sayı artır. Yenə də ölkələr var ki, onlara birbaşa aviareyslərin açılması zərurəti yaranıb. Bir neçə ildir Polşanın paytaxtı Varşavaya da birbaşa uçuş həyata keçirilir. Bu, çox böyük effektiv layihə oldu. Buna baxmayaraq Baltikyanı ölkələrinə Litvaya mütləq şəkildə coğrafi mövqeyinə görə reyslərin açılmasını zəruri hesab edirəm . Çünki orada müalicəvi sanatoriyalar var. Eyni zamanda nəzərə alsaq ki, Litvaya müalicəvi sanatoriyalara digər ölkələrdən də gəlirlər, Litvadan sonra Azərbaycana da turistlərin gəlməsini təmin edə bilərik. Baltikyanı ölkələrdən Latviya, Litva, Estoniyaya reyslər açılmalıdır. İkinci vacib hesab etdiyim destinasiya İsveçrənin Cenevrə şəhəridir. Cenevrədə Azərbaycandan çoxlu sayda tələbələr oxuyur. Tələbələrin Avropada təhsil alması çox prioritet məsələdir. Skandinaviya ölkələrindən Danimarka Kopenhagenə birbaşa reyslərin olmasını zəruri hesab edirəm. Ən azından Brüsselə də reyslər ola bilər. Çünki Niderland, Belçika və Fransa yaxındır. Neytral olaraq Brüssel və ya Kopenhagendən uçmağı daha yaxşı olardı. Almaniyanın Düsseldorf şəhəri azərbaycanlıların sıx məskunlaşdığı ərazidir. Oradan da birbaşa gediş-gəlişlərin olması vacibdir. Statistikaya da baxsaq, görərik ki, İstanbul və Polşa üzərindən Düsseldorfa bilet satışı daha çox olur. Ümumi olaraq bu gün bizə vacib olan 2 destinasiya var. İsveçrənin Cenevrə şəhərinə və Baltikyanı ölkələrdən Litvanın Vilnus şəhərinə birbaşa reyslərin açılması zəruridir".


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla