AZ

Milli Məclisin sədri Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının Baş katibi ilə görüşüb (FOTO)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda keçirilən VIÜmumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməkməqsədilə ölkəmizdə səfərdə olan Cənub-Şərqi Asiya DövlətləriAssosiasiyasının Parlamentlərarası Assambleyasının (AİPA) Başkatibi Siti Rozaimeriyanti Dato Haji Abdul Rahman ilə görüşüb.

Parlamentdən Trend-ə verilənməlumata görə, görüşdə ölkəmizin evsahibliyi ilə keçirilən Forumunəhəmiyyəti və müzakirə olunan mövzuların aktuallığı barədə fikirlərsəsləndirilib. Milli Məclisin sədri Sahibə Qafarova ÜmumdünyaMədəniyyətlərarası Dialoq Forumunun Azərbaycan Prezidentinintəşəbbüsü ilə “Bakı Prosesi” əsasında yaradıldığını, bu Forumunhazırda mədəniyyətlərarası dialoq, dünyamızı narahat edən, birgəsəylər və əməkdaşlıq tələb edən məsələlər üzrə açıq müzakirələrüçün beynəlxalq səviyyədə mühüm platformaya çevrildiyinibildirib.

Söhbət zamanı Forum çərçivəsində keçirilən "Mədəni irsinqorunmasında qanunvericiliyin və qabaqcıl təcrübələrin rolu"mövzusuna həsr olunmuş Parlamentlərarası Konfransın sözügedənmövzunun parlamentarilər tərəfindən müzakirəsi və qanunvericiorqanlar arasında dialoqun daha da dərinləşdirilməsi baxımındanönəmi diqqətə çatdırılıb.

Görüşdə Milli Məclis ilə Parlament Assambleyası arasındaəməkdaşlıq məsələləri də müzakirə edilib. Qeyd olunub ki,Azərbaycan parlamenti parlament diplomatiyası çərçivəsində Asiyaölkələrinin parlamentləri ilə ikitərəfli və çoxtərəfli əlaqələringücləndirilməsinə xüsusi önəm verir. Bu baxımdan Milli Məclismüxtəlif sahələrdə əməkdaşlığın inkişafına təkan verən AİPA iləəməkdaşlığa xüsusi diqqət yetirir. Bildirilib ki, ParlamentlərarasıAssambleyanın 2022-ci ildə Kamboca Krallığında keçirilmiş 43-cü BaşAssambleyasının Plenar Sessiyasında Azərbaycan Milli Məclisitəşkilata müşahidəçi üzv kimi qəbul edilib. Bu, Azərbaycanın butəşkilatla əməkdaşlığının daha da dərinləşməsinə xidmət edir.

Söhbət zamanı həmçinin xatırladılıb ki, 2023-cü ilin martındaManamada Azərbaycan parlamentinin sədrliyi ilə AİPA ilə QoşulmamaHərəkatının Parlament Şəbəkəsi arasında da Əməkdaşlıq Memorandumuimzalanıb. Sözügedən sənəd parlament diplomatiyasının, dialoqun vəəməkdaşlığın inkişafına töhfə verən qarşılıqlı faydalı əlaqələrindaha bir nümunəsidir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında dafikir mübadiləsi aparılıb.

Milli
Milli
Məqalədə:
Seçilən
40
2
Mənbələr
Şərh ()
Bağla