AZ

Qırğızıstanda dondurma maşını 29 uşağı vurub

Qırğızıstanda

Qırğızıstanda dondurma maşını təbiət qoynunda qırğız xalq dastanı “Manas”ı ifa edən 29 uşağı vurub.

Reyting.az
xəbər verir ki, hadisə Cəlal-Abad rayonunun Suzak yaşayış məntəqəsində qeydə alınıb.

“Kabar” agentliyinin məlumatına görə, saat 13:30 radələrində avtomobil izdihamlı uşaqların üstünə çıxıb. Bu zaman sükan arxasında heç kim olmayıb.

Səhiyyə Nazirliyindən jurnalistlərə verilən məlumata görə, 7 uşaq rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır. 11 uşaq digər xəstəxanalara yerləşdirilib, daha 11 nəfərə isə yerindəcə tibbi yardım göstərilib.

V. QULİYEV
Seçilən
25
Mənbələr
Şərh ()
Bağla