AZ

“Ermənistan başa düşür ki, Azərbaycanın haqlı tələblərini yerinə getirmək lazımdır” – ŞƏRH

Dörd kəndin Azərbaycan qaytarılması ilə bağlı Ermənistanda ajiotaj, gəlginlik görüntüsü yaratmağa çalışırlar. Kəndlərin əhalisi qalxır, yolları bağlayırlar və sair. Amma belə kütləvi bir hərəkət görünmür. 30-40 nəfərlə yolu bağlayır, yol bağlanır, maşınlar dayanır, vəssalam. Polis də həddindən artıq yumşaq davranır onlara. Yəni belə ciidi bir şey baş vermir.

Bu fikirləri kəndlərin Azərbaycana qaytarılması və delimitasiya prosesi fonunda Ermənistanda yaranmış gərginlik, etiraz aksiyaları və narazılıqlarla bağlı “Azad Vətən Partiyası”nın sədri  Akif Nağı İnterpress.az-a açıqlamasında səsləndirib.

Siyasətçinin sözlərinə görə, baş verən bu aksiyalar Ermənistanda hakimiyyət dəyişikliyinə gətirib çıxarmayacaq.

“Mən hesab edirəm ki, əgər doğrudan da Paşinyanın fikri ciddi olsaydı, bu aksiyaların qarşısını çox asanlıqla, tez, vaxtında alardı. Ancaq geniş bir forma ala bilərmi, hakimiyyət üçün təhlükə yarada bilərmi, hakimiyyət dəyişə bilər, yoxsa yox, bu, lokal xarakter daşıyır.

Bu aksiyalar İrəvanın, Ermənistanın digər yerlərində olacaq. Məsələn, İrəvanda yenə geniş mitinq olacaq dedilər, amma hələ elə bir böyük mitinq də yoxdur. Ola bilər ki, keçirsinlər bir neçə minlik mitinq,  amma geniş şəkildə dəstəkləmir onların tərəfləri.  Bütövlükdə Ermənistan cəmiyyəti başa düşür ki, Azərbaycanın haqlı tələblərini yerinə getirmək lazımdır”, – o bildirib.

Akif Nağı Ermənistanın Kirants kəndinin də Azərbaycana verilmə ehtimalına da münasibət bildirib.

“Paşinyan deyir ki, delimitasiya zamanı sərhəd Kirants kəndinin ortasından keçəcək. Ola bilsin, Kirants da Azərbaycan ərazisidir. Əgər belədirsə, deməli, geri çəkilməlidirlər oradan. Paşinyan da öz cəmiyyətinə də, əhalisinə də baş salmalıdır ki, bunlar  Azərbaycan ərazilərdir.

Bu şəkildə davam eləmək lazımdır. Azərbaycanın hədəfi var. Azərbaycanın bütün işğal olunmuş əraziləri geri qaytarılmalıdır. Ermənistanda hakimiyyətdə kim olur, olsun, Paşinyen getdi, başqası gəldi hakimiyyətə, fərqi yoxdur.

Azərbaycanın həm gücü var, həm də hüquq Azərbaycan tərəfindədir. Yəni vəziyyət bundan ibarətdir  – hadisələr müxtəlif istiqamətlərdə gedə bilər, hadisələr baş verə bilər, çevriliş də ola bilər, başqa şeylərdə ola bilər. Yenə də çevriliş ehtimali azdır. Amma təlatimlər sarsıntılar, gərginlik ola bilər. Azərbaycan da öz xəttini ardıcıl və ağıllı şəkildə ortaya qoyur, əsaslandırır.

Sülh müqaviləsi prosesi də belə görünür ki, mümkündür. Bilirsiniz ki, Qazaxıstanda, Almatıda Azərbaycan və Elməkistan xaricdərin nazirlərinin görüşü də nəzərdə tutulur. O da müəyyən bir irələyişdir. Azərbaycan çalışır ki, vasitəçisiz danışıqlar olsun.

Ermənistan uzun müddət buna müqamət göstərirdi. Amma indi Ermənistan da başa düşür ki, Azərbaycanın dediyi şərtlərə uyğun olaraq vasitəçisiz danışıqlar daha məqbuldur, daha tez nəticə verə bilər. Kəndlərin geri qaytarılması vasitəçisiz danışıqların tez nəticə verdiyinə bir misaldır. Bu istiqamətdə işlər gedir.

Azərbaycanın hədəfi onların ibarətdir ki, kəndləri, əraziləri geri qaytarılmalıdır, Zəngəzur dəhlizi açılmalıdır. Azərbaycanın xətti, hədəfi ona doğru gedir, ən azından bu mərhələdə bundan ibarətdir. Orada da ciddi nəticələrin əldə olunacağı, mən hesab edirəm ki, uzaq deyil. Yəni, çox yaxın vaxtlarda orada da ciddi nəticələr əldə olunacaqdır”, – siyasətçi fikirini yekunlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
17
Mənbələr
Şərh ()
Bağla