AZ

Yığma Monteneqroya nəticə üçün getməyib

Minifutbol millimiz Avropa çempionatına hazırlıq məqsədilə Monteneqroda təlim-məşq toplanışını davam etdirməklə yanaşı, beynəlxalq turnirdə də iştirak edir.

Yığmamız ilk oyunda dünya çempionu Rumıniyaya 0:1 uduzsa da, ikinci görüşdə Bosniya və Hersoqovinanı darmadağın edib - 6:0. Bu görüşdə qolları Mirkamil Əliyev, Təmkin Xəlilzadə, Ağaseyid Qasımov, Təmraz Əmircanov, Ramiz Çovdarov və Kamran Qürbətov vurub. Yığmanın baş məşqçisi Elşad Quliyevin fikirlərini öyrəndik:

“Əsas məqsədimiz futbolçuları yoxlamaqdı. Bizim üçün təlim-məşq toplanışı normal keçir. Bura nəticə üçün gəlməmişik. Əsas futbolçuların yüklənmiş halda meydançadakı davranışıdı. Vaxtımız az, görüləsi iş isə çoxdu. Buna görə daha da çox çalışmaq lazımdı”.


Qeyd edək ki, yığma dünən turnir çərçivəsində Monteneqronu məğlub edib – 4:2.

GÜNAY SÜLEYMANOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla