AZ

Şahzadənin otağının qapısı bağlandı: Pəncərə ilə "sınaq"dan belə çıxdı

Yunan şahzadəsi Maria-Olimpiya tətilə getdiyi Şotlandiyada pəncərədən keçməyə çalışarkən görüntülənib. Şahzadənin dostu Delevin Olimpiyanın çətin anlarını lentə alaraq sosial şəbəkədə paylaşıb.

Publika.az xəbər verir ki, İngiltərə kralı III Çarlzın xaç qızı olan 27 yaşlı Olimpiya dostunu ziyarətə getdiyi Şotlandiyada çətin anlar yaşayıb.

Olimpiya təsadüfən kilidlədiyi otağa girə bilməyəndə pəncərədən içəri keçməyə çalışıb. Bunu bacaran Olimpiyanın daha sonra gülüşləri eşidilib.

Seçilən
6
Mənbələr
Şərh ()
Bağla