AZ

Kuleba Mirzoyanla telefon danışığı aparıb, Azərbaycanla delimitasiya prosesini alqışlayıb

Ukrayna və Ermənistan XİN rəhbərləri arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba “X” platformasında bildirib.

Kuleba Ukrayna və Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinin dinamikasını müzakirə etmək üçün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə telefon əlaqəsi saxladığını qeyd edib.

“Mən Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası haqqında sazişi alqışladığımı bildirdim”, - Kuleba vurğulayıb.

Eyni zamanda, qeyd edib ki, Ukrayna və Ermənistan Xarici İşlər nazirlikləri arasında qarşılıqlı maraq doğuran geniş spektrli mövzular üzrə siyasi məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
2
Mənbələr
Şərh ()
Bağla