AZ

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

APA xəbər verir ki, mayın 2-də “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində Qala qəsəbəsi 216 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən alternativ məktəbəqədər sinfə mediatur təşkil olunub.

Mediaturda Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının baş müəllimi Xalidə Musayeva Həmidova, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Mediaur iştirakçılarına məlumat verilib ki, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, müxtəlif səbəblərdən məktəbəqədər təhsildən kənarda qalan uşaqların cəlb edilməsi məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən alternativ modellərin tətbiqi həyata keçirilir. Belə ki, 216 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən məktəbəqədər sinif ölkəmizdə ilk dəfə olaraq həyata keçirilən “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində yaradılıb. Sözügedən sinifdə 20 uşaq məktəbəqədər təhsilə cəlb olunub.

Qeyd edək ki, proqram üzrə 16 layihə qalib olub. Layihələr Bakı, Lənkəran, Şəki, Şirvan, Naxçıvan, Füzuli, Zaqatala, Masallı, Astara, Göygöldə icra olunur. Ümumilikdə qrant proqramına 500-dən çox uşaq cəlb edilib.

Alternativ Alternativ Alternativ Alternativ Alternativ Alternativ Alternativ Alternativ Alternativ Alternativ Alternativ Alternativ Alternativ Alternativ Alternativ Alternativ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
10
Mənbələr
Şərh ()
Bağla