AZ

İsveç və Finlandiya Türkiyə qarşısında öhdəliklərini bir daha təsdiqləyiblər

Helsinkidə Türkiyə, İsveç və Finlandiya arasında Daimi Birgə Mexanizmin altıncı iclası keçirilib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, İsveç və Finlandiya nümayəndə heyətləri başda PKK terror təşkilatı olmaqla Türkiyəyə qarşı təhdidlərlə mübarizəyə hərtərəfli dəstək verəcəklərini, eyni zamanda, PYD/YPG və FETÖ terror təşkilatlarına dəstək verməyəcəklərinə dair öhdəliklərini bir daha təsdiqləyiblər.

Həmçinin, görüşdə Avropa təhlükəsizlik arxitekturası, NATO-nun Vaşinqton sammiti, Rusiya-Ukrayna müharibəsi, Qəzza və Avropada Qurani-Kərimə qarşı son zamanlar baş verən təhqiramiz hərəkətlər barədə fikir mübadiləsi aparılıb.

Daimi Birgə Mexanizm NATO-nun Madrid Zirvə Toplantısından əvvəl Türkiyə, Finlandiya və İsveç arasında 28 iyun 2022-ci ildə imzalanmış Üçtərəfli Memorandum çərçivəsində yaradılmışdır. Helsinkidə baş tutan görüş Finlandiya və İsveçin NATO-ya üzvlüyünə qəbulundan sonra ilk mexanizm üzrə iclasıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
7
Mənbələr
Şərh ()
Bağla