AZ

İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında heç bir razılışma olmayıb – Ukraynanın xarici işlər naziri Dmitri Kuleba

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba 2022-ci ilin martında İstanbulda keçirilən danışıqlarda Ukrayna və Rusiya nümayəndə heyətlərinin heç bir razılığa gəlmədiyini bildirib.

O qeyd edib ki, iyunda İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək konfransdan sonra Rusiya ilə yeni təmaslar mümkündür.

Editor.az bildirir ki, “Foreign Policy” jurnalına müsahibəsində Dmitri Kulebadan Rusiya ilə gələcəkdə mümkün danışıqlarda güzəştə getmək perspektivinə necə münasibət bəslədiyini soruşublar. Bu kontekstdə ukraynalı nazir, heç vaxt mövcud olmayan “İstanbulda sözdə razılaşmaları” xatırladıb.

Eyni zamanda, Dmitri Kuleba Rusiya və Ukrayna arasında silahlı münaqişənin sona çatmasını müzakirə edərkən ilk növbədə Kiyevin güzəştlərindən danışdıqları vəziyyəti “rus təbliğatının uğuru” adlandırıb. “Biz bu düşüncə tərzini qəti şəkildə rədd edirik. Kifayət qədər qurban vermişik, kifayət qədər mübarizə aparmışıq. Biz daha nələri qurban verə biləcəyimizi danışmaqdan daha çox hörmətə layiqik”, – deyə nazir əlavə edib.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla