AZ

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Bakı. Trend:

Mayın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi SeçkiKomissiyasının iclası keçirilib.

Trend xəbər verir ki, əvvəlcəKomissiyanın 2024-cü il 7 mart tarixli iclasının protokolu təsdiqolunub.

Sonra VI çağırış Azərbaycan Respublikası Milli Məclisinindeputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinəxitam verilməsi məsələsinə baxılıb.

Bildirilib ki, Milli Məclisin deputatı Ramin Məmmədov AzərbaycanRespublikası Prezidentinin Sərəncamı ilə Dini Qurumlarla İş üzrəDövlət Komitəsinin sədri təyin edildiyinə görə ölkəKonstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə əsasən deputatsəlahiyyətlərinə xitam verilməlidir. Mərkəzi Seçki Komissiyası qeydolunanları nəzərə alaraq, qanunvericiliyə uyğun qaydada RaminMəmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə qərarqəbul edib.

Daha sonra Mərkəzi Seçki Komissiyasının normativ xarakterliaktına dair məsələyə baxılıb və Komissiya üzvlərinin müzakirəsindənsonra "Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”dəmüvafiq dəyişiklik edilməsinə qərar verilib.

Beynəlxalq təşkilat təmsilçisi və media nümayəndələrinin iştiraketdiyi iclasda, həmçinin bir sıra seçki dairələri dairə seçkikomissiyalarının tərkibində dəyişikliklər olunub və cari məsələlərəbaxılıb.

Seçilən
49
6
Mənbələr
Şərh ()
Bağla