AZ

Binanın qarajından çıxan avtomobil qarşıdakı binanın 3-cü mərtəbəsinə çırpıldı - FOTO

Türkiyənin Ankara şəhərində avtomobil qazası baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə gecə radələrində Çanakkaya bölgəsinin Keklik Pınarı məhəlləsində yaşanıb.

Kimliyi naməlum, sərxoş sürücü əvvəl binanın qarajına girib. Daha sonra idarəetməni itirib və dəmir baryerləri aşaraq qarşıdakı binanın 3-cü mərtəbəsinə çırpılıb.

Oradan isə bina boşluğuna düşüb.

Hadisə yerinə polis və axtarış-xilasetmə briqadası cəlb edilib. Yaralı sürücü təcili yardımla xəstəxanaya çatdırılıb. Onun avtomobilinin çırpıldığı mənzilin boş olduğu öyrənilib.

 Hadisə ilə bağlı araşdırmalara başlanılıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
1
Mənbələr
Şərh ()
Bağla