AZ

Makron və Şolts Çin liderinin Parisə səfərini restoranda müzakirə edəcək

Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts Si Szinpinin Parisə səfəri ərəfəsində Avropa İttifaqının müdafiə siyasəti və Çinə qarşı kursunu müzakirə etmək üçün qeyri-rəsmi şam yeməyi təşkil edəcək. 

HİT.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən yazıb.

Mətndə qeyd edilib ki, iki lider arasında görüş Si Szinpinin Avropaya səfərindən bir neçə gün əvvəl baş tutacaq. Mənbələrin məlumatına görə, görüş müşavirlər Şolts və Makronun iştirakı olmadan yarı rəsmi tədbir kimi keçiriləcək.

Şolts və həyat yoldaşı Britta Ernst Parisdə qısamüddətli tətildədirlər, onlar Makron və arvadı Bricitlə bir Fransız restoranında görüşəcəklər.

"Əsas müzakirə mövzusu Si Szinpinin Serbiya və Macarıstana getməzdən əvvəl bazar günü üç gün ərzində Fransaya gələcək səfəri olacaq. Şam yeməyi zamanı Şoltsun Makrona ötən ay Pekində Si Szinpinlə görüşü barədə məlumat vermək şansı olacaq", deyə qeyd edilir.

Bundan əvvəl Si Szinpinin mayın 5-dən 10-dək Serbiya, Fransa və Macarıstana səfər edəcəyi bildirilirib. Çin diplomatik departamentində qeyd olunduğu kimi, Serbiya prezidenti Aleksandr Vuçiç, Fransa prezidenti Emmanuel Makron, Macarıstan prezidenti Tamas Szuyok, eləcə də Macarıstanın baş naziri Viktor Orban Çin liderini ölkəyə səfərə dəvət ediblər.

Samir

Seçilən
33
44
Mənbələr
Şərh ()
Bağla