AZ

Qırğızıstanda maşın 29 uşağı VURDU

Qırğızıstanın Suzak vilayətində bayram zamanı dondurma maşını 29 uşağı vurub. 

Avtosfer.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Qeyd olunub ki, zərərçəkənlərdən yeddisi hazırda reanimasiya şöbəsindədir, onlardan üçünün vəziyyəti ağırdır.

Respublika Səhiyyə Nazirliyinin məlumatına görə, zərərçəkənlərin yaşı 9-16 arasındadır. Hazırda xəstəxanalarda 18 uşaq və yeniyetmə var.

Hadisə zamanı sürücünün maşında olmadığı məlum olub. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla