AZ

Qazaxıstanda Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Turqumbayev kütləvi iğtişaşlara görə həbs edilib.

Qazaxıstanda məhkəmə 2022-ci ilin yanvarında ölkədə baş vermiş kütləvi iğtişaşlar işi üzrə Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Erlan Turqumbayevi iki ay müddətinə həbs edib.

Bu barədəRespublika Baş Prokurorluğunun rəsmi Teleqram-kanalında məlumat verilib.

“2024-cü il aprelin 30-da Astananın İxtisaslaşdırılmış İstintaq Məhkəməsi keçmiş daxili işlər naziri Erlan Zamanbekoviç Turqumbayev barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilməsinə icazə verib”, - departamentdən bildirilib.

Sabiq nazir aprelin 29-da saxlanılıb. Turqumbayev 1984-cü ildən ölkənin Daxili İşlər Nazirliyində işləyib, əvvəlcə Saransk Şəhər İcraiyyə Komitəsinin daxili işlər şöbəsinin cinayət axtarışı şöbəsində müstəntiq vəzifəsində çalışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla