AZ

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Fransız

Bakı, 2 may, AZƏRTAC

Son zamanlar Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində haqlı olaraq atılan addımlar getdikcə genişlənir və fəallaşır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov mayın 2-də keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu, onlara Qoşulmama Hərəkatında göstərilməyə başlanılan diqqət və dəstəkdən irəli gəlir. Qoşulmama Hərəkatından sonra Bakı Təşəbbüs Qrupunun həmin ölkələrə dəstəyi getdikcə genişlənir. Yeni Kaledoniya haqlı olaraq öz hüquqlarını tələb edir. “Prezident İlham Əliyevin, ölkəmizin və təşkilatımızın dəstəyi, dekolonizasiya prosesinə mühüm töhfəsi onları daha çox ruhlandırır, həvəsləndirir ki, bu ədalətli müstəqillik mübarizələrini davam etdirsinlər”, - deyə A.Abbasov diqqətə çatdırıb.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla