AZ

Azərbaycan və Gürcüstanın birgə buraxılış məntəqəsinin işə salınmasını gözləyirik - Laris Kislyakova

Tbilisi. Trend:

Azərbaycan və Gürcüstanın birgə buraxılış məntəqəsinin işəsalınmasını gözləyirik.

Trend xəbərverir ki, bu barədə Mərkəzi Asiyada Nəqliyyat və Logistika üzrəTərəfdaşlığın sədri Larisa Kislyakova Tbilisidə keçirilən "MərkəziAsiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) regionundaekoloji cəhətdən daha təmiz əlavə dəyər zəncirlərininmaliyyələşdirilməsi" mövzusunda panel müzakirəsində çıxışındadeyib.

Orta Dəhlizin effektivliyinin artırılması üzrə əsas işlərdənbəhs edən Kislyakova vaqonların sayının artırılmalı olduğunu vədaha çox maşın yerləşdirmək üçün bərələrin müasirləşdirilməliolduğunu qeyd edib.

"Xəzər getdikcə dayazlaşdığından, daha tutumlu və bu həllə uyğunolan bərələr müasirləşdirilməli, tamamilə yeni bərələrhazırlanmalıdır", - o deyib.

Kislyakova qeyd edib ki, bu dəhlizə cəlb olunacaq bütün ölkələrüçün tranzit komitəsi və tranzit şurası yaradılarsa, tranzit vəgömrük prosedurlarını sadələşdirmək mümkün olacaq.

"Üstəlik, bu dəhliz boyu tranzit icazəsi sistemi ləğvedilməlidir. Çünki məhsulların ixrac mövsümündə icazə sənədlərininqiyməti çox bahalaşır. Onların qiyməti 50-100 dollardırsa, məhsulixracı zamanı ildə bir dəfə qiymət 3-4 min dollara çatır və eləolurdu ki, çatmırdılar. Ona görə də bu məsələlərin həlli dəhlizboyu hərəkəti inkişaf etdirməyə və aktivləşdirməyə çox köməkedəcək", - o deyib.

Kslyakova həmçinin, infrastruktur məsələlərə diqqət yetirib.

"Bu daha çox Mərkəzi Asiya ölkələrinə aiddir. Çünki Gürcüstan vəAzərbaycan üzərindən tranzitlə bağlı heç bir problem yoxdur.Əlbəttə ki, hazırda Azərbaycan və Gürcüstanın tezliklə birgəburaxılış məntəqəsini işə salmasını gözləyirik. Bu, ölkələrimizdəyüklərə birgə nəzarət üçün yeganə iddia olacaq. Bu da çox vacibdir,çünki hzırda yüklər hər iki tərəfdən yoxlanılır və bu çox vaxtaparır.

Budur, hazırda Tacikistan və Özbəkistan da buraxılışməntəqələrindən birində birgə nəzarət həyata keçirməkniyyətindədir. Yəni, keçid məntəqələri üçün bu cür texnolojiyeniliklər dəhliz boyu hərəkətin sürətləndirilməsində həlledici roloynayacaq", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
1
Mənbələr
Şərh ()
Bağla