AZ

CAREC karbon tullantılarında ən yüksək paylardan birinə malikdir

Tbilisi. Trend:

CAREC karbon tullantılarında ən yüksək paylardan birinəmalikdir.

Trend xəbərverir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və QərbiAsiya üzrə baş direktoru Yevgeni Jukov Tbilisidə keçirilən "MərkəziAsiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) regionundaekoloji cəhətdən daha təmiz əlavə dəyər zəncirlərininmaliyyələşdirilməsi" mövzusunda panel müzakirəsində çıxışındadeyib.

"Qlobal miqyasda qlobal dəyər zənciri tərəfindən dəstəklənənticarət daha intensiv tullantılara malik sektorlarda üstünlüktəşkil edir. CAREC ölkələri arasında Monqolustan və Qazaxıstanqlobal dəyər zəncirində iştirak səviyyəsində dəyişiklikləri təşviqedir. Üstəlik əsas təkanverici qüvvələr dağ-mədən sənayesi vəmetallurgiyadır", - o deyib.

CAREC sürətli artıma və hərtərəfli tərəqqiyə səbəb olacaqregional əməkdaşlıq yolu ilə inkişafa köməklik məqsədilə birlikdəçalışan 11 ölkənin və inkişaf üzrə partnyorun tərəfdaşlığıdır.

CAREC-2030 strategiyası 5 əməliyyat klasterini və 3 kəsişənmövzunu dəstəkləyir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla