AZ

Turizm cənnətiANTALYADA REKORD!

Turizmin paytaxtı Antalya turizmdə yeni rekorda imza atıb. Keçən ilin ilk rübündə 1 milyon 686 min 284 nəfəri qəbul edən Antalyanı 2024-cü ilin ilk rübündə yüzdə 14,10 artımla 2 milyon 66 min 962 əcnəbi ziyarət edib. Ən çox turist gələn ölkələr arasında Almaniya birinci yerdədir.

Aralıq dənizinin ən əhəmiyyətli turizm mərkəzlərindən biri olan Antalya ilin ilk 4 ayında 2 milyon 66 min 962 turistə ev sahibliyi edib. Bu rəqəm Antalya turizmində bütün dövrlərin ən yaxşı başlanğıcı olaraq tarixə düşüb.

Aprel ayı üçün ən yüksək göstərici

Aprel ayında Antalyaya gələn turistlərin sayı keçən ilin eyni dövrü ilə müqaisədə 4,86 faiz ​​artaraq 1 milyon 61 min 26 olub. Bu, bütün illərlə müqaisədə ən yüksək aprel ayı göstəricisi olub. 259 min 717 turist ilə Almaniya birinci, 194 min 949 turistlə Rusiya ikinci, 141 min 497 ziyarətçi ilə İngiltərə üçüncü yerdədir.

İlk dörd ayda ən çox turist Almaniyadan olub

2024-cü ilin ilk 4 ayı üzrə Antalyaya ən çox ziyarətçi gələn ölkələr arasında Almaniya 539 min 663 nəfərlə birinci olub. İkinci yerdə 366 min 783 nəfərlə Rusiya Federasiyası, üçüncü yerdə isə 266 min 120 nəfərlə İngiltərə qərarlaşıb.

Fransız turistlərin sayında 52 faiz artım

Antalyaya İngiltərədən sonra ən çox ziyarətçi gələn digər ölkə vətəndaşları ardıcıllıqla Polşa, Hollandiya, İran, Belçika, Ukrayna, Fransa və Litva olub. Ötən ilin eyni dövrü ilə müqayisədə əsasən xarici ölkələrdən gələn turistlərin sayı Almaniya üçün 21 faiz, İngiltərə üçün 32 faiz, Polşaya 30 faiz, İran üçün 52 faiz, Belçikaya 42 faiz, Ukrayna 51 faiz və Fransa 52 faiz artımın olması diqqət çəkib.

Orxan Vahidoğlu, "İki sahil"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla