AZ

Azərbaycanda ilk: Rektor tələbənin evinə qonaq getdi - FOTO

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində tələbələrin ailələrinə ziyarət davam edir. 

Yenisabah.az xəbər verir ki, layihə çərçivəsində Aİİ rektoru, dosent Aqil Şirinov, İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova, İslamşünaslıq kafedrasının müəllimi, f.f.d. Faiq Əhmədzadə, İnstitut rektorunun köməkçisi Emin Orucov Şamaxı rayonunda yaşayan I və II tədris ili tələbələrindən bəzilərinin ailələrini ziyarət ediblər. 

Aİİ rektoru A.Şirinov ölkəmizdə dövlət–din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. Rektor Aİİ-də yaradılmış tələbəyönümlü təhsil mühiti haqqında ətraflı məlumat verib. Bildirib ki, ali təhsil müəssisəsində tədrisin keyfiyyətinin artırılması, təhsilalanların fənlər üzrə bilik və bacarıqlarının inkişafı istiqamətində səylə fəaliyyət göstərilir.

İlahiyyat fakültəsinin dekanı E.Əzizova layihənin məqsədinə uyğun olaraq tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində İnstitutda təşkil olunan müxtəlif kurslar, həyata keçirilən inkişafetdirici layihələr barəsində danışıb.

Görüşdə tələbələrin əldə etdikləri nailiyyətlər, elmi və yaradıcılıq potensialları çərçivəsində onların gələcək perspektivləri haqqında valideynlərlə fikir mübadiləsi aparılıb.

Valideynlər Aİİ rektoru Aqil Şirinovun timsalında rəhbər və müəllim kollektivinin tələbələrə qayğısını yüksək dəyərləndirib, övladlarının gələcəkdə dini-mənəvi sahədə cəmiyyətə layiqincə xidmət edən peşəkar kadrlar kimi hazırlanması prosesində əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, “Qonağınız müəllimlərinizdir” layihəsinin məqsədi tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, dövrün tələblərinə cavab verən dinşünas və islamşünas kadrların hazırlanması üçün ailə və təhsil qurumunun münasibətlərinin inkişaf etdirilməsi, imkanlarının dəyərləndirilməsidir. 


Telegram kanalımız
Seçilən
74
Mənbələr
Şərh ()
Bağla