AZ

Kuleba Azərbaycanla Ermənistan arasında delimitasiya prosesini alqışlayıb

Ukrayna və Ermənistan XİN rəhbərləri arasında telefon danışığı olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba “X” platformasında bildirib.

Kuleba Ukrayna və Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinin dinamikasını müzakirə etmək üçün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə telefon əlaqəsi saxladığını qeyd edib. 

Ukrayna XİN rəhbəri Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya prosesini alqışladığını vurğulayıb.

Eyni zamanda, qeyd edib ki, Ukrayna və Ermənistan Xarici İşlər nazirlikləri arasında qarşılıqlı maraq doğuran geniş spektrli mövzular üzrə siyasi məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
2
Mənbələr
Şərh ()
Bağla