AZ

Norveçli səyyahlar Ağdamda olublar - FOTO - YENİLƏNİB

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu - “Vagaclub”un 30 nəfərlik heyətinin Ağdama səfəri başa çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, səyyahlar Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini və mədəni abidələrə baxış keçiriblər. Bildirilib ki, Ermənistanın işğalına qədər Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb. Səyyahlar Ağdam Cümə məscidi, Çörək muzeyi, Dram Teatrının qalıqlarının olduğu ərazidə olublar.

Sonda səyyahlar Ağdam şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər.

Onlara məlumat verilib ki, burada Birinci Qarabağ müharibəsində şəhid olanlar, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar.

Bununla da səyyahların Ağdama səfəri başa çatıb.

***

17.19

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu - “Vagaclub”un 30 nəfərlik heyəti Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Ağdama səfər edib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, xarici səyyahlar Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, eləcə də şəhər işğaldan azad edildikdən sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olurlar.

Heyət ilk olaraq Ağdam Cümə məscidində olub.

Norveçli Norveçli Norveçli Norveçli Norveçli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
1
Mənbələr
Şərh ()
Bağla