AZ

Ukraynanın 593 təyyarəsi, 270 helikopteri vurulub

Ukraynanın

Rusiya Müdafiə Nazirliyi Ukraynada keçirdiyi əməliyyat çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin silah-sursat itkilərini açıqlayıb.

Reyting.az
xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi hərbi əməliyyatlar başlandıqdan indiyə qədər Ukrayna tərəfinin 593 təyyarə və 270 helikopterini məhv etdiyini bildirib.

Bundan başqa, ruslar Ukraynaya məxsus 23 min 673 ədəd dron vurublar. Buna paralel olaraq Ukrayna ordusunun 509 ədəd hava hücumundan müdadfiə raket sistemi sıradan çıxarılıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, indiyə qədər Ukrayna ordusuna məxsus olan 15 min 898 ədəd tank və zirehli texnika, 1277 ədəd çoxbarelli reaktiv yaylım atəş sistemi, 9 min 246 ədəd haubitsa və minaatan, habelə 441 ədəd xüsusi hərbi maşın məhv edilib.

V. QULİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla