AZ

Finlandiya və İsveç PKK-ya qarşı mübarizədə Türkiyəyə dəstək vəd ediblər

Finlandiya və İsveç terrorizmlə, ilk növbədə PKK ilə mübarizədə Türkiyəyə dəstək vermək öhdəliyini bir daha təsdiqləyib.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyə Kommunikasiya Departamenti məlumat yayıb.

Məlumata görə, mayın 2-də Helsinkidə Türkiyə, Finlandiya və İsveçin 28 iyun 2022-ci ildə imzaladığı üçtərəfli memorandum çərçivəsində yaradılmış Daimi Birgə Mexanizmin altıncı iclası keçirilib. Bu görüş Finlandiya və İsveçin Alyansa qəbul olunmasından sonra ilk belə iclasdır.

Departament qeyd edir ki, danışıqlarda Türkiyə nümayəndə heyətinə prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç rəhbərlik edib.

“Görüşdə Finlandiya və İsveç Türkiyə ilə həmrəyliklərini və əməkdaşlığı, o cümlədən ölkəyə yönələn təhdidlərə, xüsusilə də terrorçu PKK-ya qarşı mübarizədə onu dəstəklədiklərini bir daha bəyan ediblər”, – məlumatda qeyd olunur.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla