AZ

Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığın müzakirəsindən imtina edib

Gürcüstan hökuməti ABŞ ilə strateji tərəfdaşlıqla bağlı danışıqlardan imtina edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqanın bəyanatında bildirilib. Qeyd olunub ki, səfirlik bu yaxınlarda Gürcüstan hökumətinin ali səviyyəli üzvlərini ABŞ-ın ən yüksək səviyyəli liderləri ilə strateji tərəfdaşlıqla və ABŞ-ın yardımları ilə bağlı istənilən narahatlıqları birbaşa müzakirə etməyə dəvət edib.

“Təəssüf ki, Gürcüstan tərəfi bu dəvəti qəbul etməməyi seçdi”, – səfirin bəyanatında bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
6
Mənbələr
Şərh ()
Bağla