AZ

Demi MurBrüs Uillislə "vida" etməyə hazırlaşır

Məşhur Hollivud aktrisası Demi Mur keçmiş əri Brüs Uillisin səhhətinə görə onunla vidalaşmağa hazırlaşdığını bildirib. 

Redaktor.az xəbər verir ki, “In Touch Weekly”nin mənbəyə istinadən məlumatına görə, Mur Brüs Uillisin "demans"la mübarizə aparmaqda çətinlik çəkdiyini deyib. Ona görə də, Hollivud ulduzu keçmiş əri ilə “emosional vida” etməyə hazırlaşır.

Nəşrin məlumatına görə, Mur və Uillis boşandıqdan sonra da əlaqə saxlayıblar. O, aktyorun yeni həyat yoldaşı Emma Heminqlə dost olub və tez-tez onların evinə baş çəkib.

Qeyd edək ki, mart ayında Uillisin 45 yaşlı həyat yoldaşı Emma Heminq İnstaqram bloqunda onun demensiyaya baxmayaraq, müsbət emosiyalar qəbul edə bildiyini söylədi. Aktrisa jurnalistləri oxşar problemlə üzləşən insanları qorxutmamağa çağırıb.

“Ailəmə həsr olunmuş başlıq gördüm. Başlıqda deyilir ki, ərim artıq xoşbəxt deyil. Mən şəxsən sizə deyə bilərəm ki, bu həqiqətdən uzaqdır. O, sevgi ilə doludur. Bu axmaq başlıqları yazanlar başa salmaq lazımdır ki, insanları qorxutmaqdan əl çəksinlər. Belə ki, onlara hansısa neyrokoqnitiv xəstəlik diaqnozu qoyulan kimi deyirlər: “Budur”. Bitdi”,– Heminq bildirib.

Xatırladaq ki, 2022-ci ilin mart ayında Brüs Uillis nitqində problemlər yarandığı üçün aktyorluğu dayandırmaq məcburiyyətində qaldı. O vaxtdan onun xəstəliyi irəliləyir.

Sultan AYXAN

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla