AZ

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Mərakeş

Bakı, 2 may, AZƏRTAC

Mərakeş Krallığının Beynəlxalq Əməkdaşlıq Agentliyi 2024-2025-ci tədris ili üçün ölkənin dövlət ali təhsil müəssisələrində təqaüdlü təhsil imkanı təqdim edir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təqaüd proqramı ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə müxtəlif ixtisas istiqamətlərini əhatə edir. Proqram çərçivəsində 10 nəfər Azərbaycan Respublikası vətəndaşının Mərakeşdə təqaüdlə təhsil alması nəzərdə tutulub.

Təqaüd proqramına müraciət mayın 7-dək davam edəcək. Proqramla daha ətraflı elan vasitəsilə tanış ola bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla