AZ

Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətisədrinin birinci müavini Bəhruz Məmmədov Türkiyə İnsan Hüquqları vəBərabərlik Qurumunun sədri Məhərrəm Qılınc ilə görüş keçirib.

Trend xəbər verir ki, BəhruzMəmmədov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcudmina təhlükəsi, minatəmizləmə sahəsində əldə edilən nailiyyətlər,görülən işlər barədə qonağa məlumat verib.

O, təkcə keçmiş təmas xəttinin deyil, həmçinin mülki təyinatlıərazilərin, obyektlərin minalarla yüksək səviyyədəçirkləndirilməsinin, heç bir hərbi əhəmiyyət daşımayan ərazilərinqəsdən minalanmasının insanlıq əleyhinə törədilmiş cinayət olduğunuqeyd edib.

Görüş zamanı mina təhlükəsi ilə mübarizə sahəsində TürkiyəRespublikası ilə mövcud əməkdaşlıq, insanların sağlam və təhlükəsizətraf mühitdə yaşamaq hüququna, eləcə də ekoloji sistemə cidditəhdidlər yaradan mina probleminə beynəlxalq səviyyədə hüquqiqiymət verilməsinə dair mümkün əməkdaşlıq perspektivləri vəqarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsiaparılıb.

Məhərrəm Qılınc təqdim edilən məlumatlara görə öz təşəkkürünübildirərək, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət!”devizi altında hər zaman Azərbaycanın haqq səsinin beynəlxalqauditoriyaya çatdırılmasına dəstək verməyə hazır olduğunuvurğulayıb.

Türkiyə
Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
13
Mənbələr
Şərh ()
Bağla