AZ

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Zeki

İstanbul, 2 may, Günel Karatepe, AZƏRTAC

Azərbaycanın Qarabağ bölgəsində atəşkəsə nəzarət etmək məqsədilə 2021-ci il yanvarın 30-da Ağdam rayonunda yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi aprelin 26-da keçirilən rəsmi mərasimlə başlanıb. Mərkəzin fəaliyyəti Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri nəticəsində bölgədə sabitliyin bərqərar olması ilə Rusiya və Azərbaycanla aparılan danışıqlardan sonra başa çatdırılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri, kontr-admiral Zeki Aktürk deyib.

Nazirliyin həftəlik hesabatını açıqlayan Aktürk bildirib ki, Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən son bir həftədə İraq və Suriyanın şimalı da daxil olmaqla, ölkədaxili və sərhədyanı əməliyyatlarla 43 terrorçu zərərsizləşdirilib. Bu il yanvarın 1-dən zərərsizləşdirilən terrorçuların sayı isə 845-ə çatıb. Onlardan 376-sı İraq, 469-u isə Suriya ərazisində zərərsizləşdirilib.

Bildirilib ki, son bir həftə ərzində qanunsuz yollarla Türkiyə sərhədini keçməyə cəhd göstərən 364 nəfər saxlanılıb. Onlardan doqquzunun terror təşkilatı mənsubu olduğu müəyyən edilib.

Seçilən
57
1
Mənbələr
Şərh ()
Bağla