AZ

Həbsdə olan eks-nazirdən ETİRAF: "Aylıq 15 min manat paket alırdım"

Naxçıvan Muxtar Respublikasının (MR) keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsi (DGK) tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin sabiq rəisi Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə Rafael Əliyev ifadə verib.

O bildirib ki, bu, məlum bir proses idi və sərhəddə alınan rüşvət Komitəyə verilirdi:

“Bu fəaliyyətin qanunsuz olduğunu bilirdik. İstər TIR, istərsə də GRP proqramlarına Komitədən kiminsə girişinə icazə yox idi. Biz sadəcə, hesabatlar aparırdıq və gələn pulları eyniləşdirib Komitə sədri olan Asəf Məmmədova, 2018-ci ildən isə Səhhət Həbibbəyliyə verirdik. Pullar gömrük məntəqələrindən manat və dollar kimi alınırdı, sonra dollara çevirilib Komitə sədrinə verilirdi".

Rafael Əliyev maliyyə naziri işlədiyi dövrdə 2017-ci ildə qanunsuz olaraq işə qəbul edilən 8 nəfərə verilən əməkhaqqı məsələsinə də aydınlıq gətirib. O, bildirib ki, bu proseslər ondan əvvəlki dövrdə olub və maliyyə naziri təyin edilərkən həmin işçilərin adları artıq dövlət qulluğu reyestrində olub:

"Aylıq 15 min manat paket alırdım. Özümü təqsirli hesab edirəm, məsuliyyət mənim üzərimdədir".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
24
Mənbələr
Şərh ()
Bağla