AZ

Bu iki ölkə Türkiyə qarşısında öhdəliklərini bir daha təsdiqlədi

Bakı. Trend:

Helsinkidə Türkiyə, İsveç və Finlandiya arasında Daimi BirgəMexanizmin altıncı iclası keçirilib.

Trend xəbər verir ki, bubarədə Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsiməlumat yayıb.

Məlumatda bildirilir ki, İsveç və Finlandiya nümayəndə heyətləribaşda PKK terror təşkilatı olmaqla Türkiyəyə qarşı təhdidlərləmübarizəyə hərtərəfli dəstək verəcəklərini, eyni zamanda, PYD/YPGvə FETÖ terror təşkilatlarına dəstək verməyəcəklərinə dairöhdəliklərini bir daha təsdiqləyiblər.

Qeyd edilir ki, Daimi Birgə Mexanizm NATO-nun Madrid ZirvəToplantısından əvvəl Türkiyə, Finlandiya və İsveç arasında 28 iyun2022-ci ildə imzalanmış Üçtərəfli Memorandum çərçivəsindəyaradılıb. Helsinkidə baş tutan görüş Finlandiya və İsveçin NATO-yaüzvlüyünə qəbulundan sonra mexanizm üzrə ilk iclasıdır.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
7
Mənbələr
Şərh ()
Bağla