AZ

Mərkəzi Elmi Kitabxanada Türk Dünyasının Həmrəyliyi Gününə həsr olunmuş sərgi keçirilir

3 May – Türk Dünyasının Həmrəylik Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil edilib.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, sərgidə MEK-in fondlarında Türk dünyası ədəbiyyatının inciləri, o cümlədən “Heydər Əliyev Atatürk haqqında”, “Atatürk və Əhməd Ağaoğlu”, “Türkdilli xalqların diasporları”, “Azərbaycan siyasi düşüncə tarixi və Mirzə Bala Məmmədzadə 1898-1959”, “İstiqlal hərbimiz”, “Bozqurdlar”, “Türkçülüyün qurbanları”, “Rusiyadakı türklər”, “Mən kiməm?”, “Türkçülüyün əsasları” və digər nəşrlər yer alıb.

Burada, həmçinin milli istiqlal məfkurəsinin memarı Əli bəy Hüseynzadənin 1907-ci ildə yazdığı “Siyasəti-fürusət” başlıqlı oçerkləri sərgilənir.

Bundan əlavə, sərgidə Rusiya, Qafqaz və Orta Asiyadakı türk xalqlarının keçmişi, bu günü, siyasi, sosial, mədəni həyatları haqqında bir sıra araşdırmaların müəllifi, professor Nadir Devletin “İsmail Bey (Gaspiralı)” kitabı da var.

Sərgi iki həftə davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
48
Mənbələr
Şərh ()
Bağla