AZ

"Çelsi" Konteyə təklif göndərdi

style='margin-bottom:10px;'>

"Çelsi" keçmiş baş məşqçisi Antonio Konteni yenidən kluba qaytarmaq üçün ona təklif göndərib.

QOL.az İtaliya mətbuatına istinadən xəbər verir ki, son bir neçə gündə London klubu italyan mütəxəssislə sıx əlaqə saxlayıb. “Çelsi” rəhbərliyinin klubun hazırkı baş məşqçisi Maurisio Poçettinodan razı qalmadığı vurğulanır. 

Xatırladaq ki, Konte 2016-2018-ci illərdə London klubunun baş məşqçisi vəzifəsində çalışıb. Bu müddət ərzində "Çelsi" İngiltərə kuboku və İngiltərə Premyer Liqasının qalibi olub. 

Qeyd edək ki, İtaliyalı məşqçinin son iş yeri 2021-ci ildən 2023-cü ilə qədər başçılıq etdiyi “Tottenhem” olub.

Hazırda "Çelsi" İngiltərə Premyer liqasının turnir cədvəlində 48 xalla 9-cu yerdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
2
Mənbələr
Şərh ()
Bağla