AZ

Ayda 4G şəbəkəsi yaradacaqlar

Ayda

NASA və "Nokia" şirkətinin birgə əməkdaşlığı ilə Ayda 4G şəbəkəsinin yaradılması nəzərdə tutulur. Bu layihənin reallaşması gələcəkdə kosmosun tədqiqinə böyük töhfə verə bilər.

Reyting.az
-ın məlumatına görə, bu barədə Rusiyanın ru.freepik.com onlayn nəşri yazıb.

Bildirilir ki, "Nokia" və NASA (ABŞ-nın Milli Aeronavtika və Kosmos İdarəsi) mütəxəssislərinin birgə layihəsi praktiki olaraq işə düşür. Mütəxəssislər Ayın səthində ilk 4G şəbəkəsini qurmaq üçün çox böyük səy göstərirlər.

Qeyd olunur ki, bu layihənin reallaşması kosmik tədqiqatların səmərəliliyini artıracaq və astronavtlara real vaxt rejimində məlumat ötürməyi təmin edəcək. Beləliklə,Ayda işləyəcək 4G şəbəkəsi gələcəkdə kosmosun tədqiqinə çox böyük töhfələr verəcək.

Ayda 4G şəbəkəsinin yaradılması inqilabi yenilik kimi qiymətləndirilir.

"Nokia" şirkəti "NASA Artemis" proqramı çərçivəsində ayın səthində quraşdırılacaq 4G mobil şəbəkəsini yaradılması üçün seçilib. İndiyə qədər əldə edilmiş kosmik yeniliklərin sırasına böyük bir layihə kimi daxil olacaq bu iş Ay səthində insanların davamlı olmasını təmin etmək üçün kommunikasiya infrastrukturunun əsasını qoyacaq. Bu layihə kosmik gəmilər və astronavtlar arasında real vaxt rejimində məlumatlar ötürülməsinə təmin etməklə yanaşı, həm də Ayın tədqiqi üçün yeni dövr açacaq.

İlk növbədə əsasən bir neçə iş görüləcək:

1. Ayın səthində 4G baza stansiyaları quraşdırılacaq.

2. Astronavtlar 4G şəbəkəsi vasitəsilə Ay səthində məlumat ötürə biləcəklər.

3. Layihə Ayda kosmik tədqiqatları daha səmərəli və effektiv edəcək.

4. Bunun üçün quraşdırmalar aparılacaq və geniş texniki imkanlar yaradılacaq.

NASA ilə "Nokia"-nın birgə layihəsi Ayın dərinliklərini işıqlandıracaq, eləcə də yaxın gələcəkdə kosmos tədqiqatlarına çox böyük töhfə verəcək. Eyni zamanda bəşəriyyətə kosmosda daha da irəli getmək imkanı yaradacaq.

Oqtay QORÇU

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla