AZ

Qəza riski yaradan xanım sürücü motosikletçini əsəbiləşdirdi- VİDEO

Paytaxtın Heydər Əliyev prospektində qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 1-i axşam saatlarında qeydə alınıb. Belə ki, 77-HF-996 dövlət nömrə nişanlı “Hyundai Avante” markalı avtomobil sürücüsü hərəkətdə olan motosikletə qəza riski yaradıb. O, yola baxmadan əks zolağa çıxır və motosiklet sürücüsünün siqnal verməsinə baxmayaraq yolu dönür. Bu zaman əsəbiləşən motosikletçi xanım sürücüyə yaxınlaşaraq iradını bildirir. Lakin sürücü ona əhəmiyyət vermədən yoluna davam edir.

Nərmin

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla