AZ

ABŞ-da 14 gün ərzində Fələstinə dəstək verən 1500-dən çox etirazçı həbs edilib

Son iki həftə ərzində ABŞ-ın təhsil müəssisələrində Fələstin xalqına dəstək nümayişlərində iştirak edən 1500-dən çox insan həbs edilib.

 

Oxu24.com  xəbər  verir  ki, bu statistikanı CNN təqdim edir.

 

Yayımcının qeyd etdiyi kimi, aprelin 18-dən etibarən nümayişlər zamanı tədbirləri ləğv edən, tələbələri onlayn təhsilə keçirən və kampuslara çıxışı məhdudlaşdıran 30 təhsil müəssisəsində həbslər edilib.

 

Son günlər ABŞ-ın bir sıra şəhərlərində etirazçıları çadır şəhərciklərdən sıxışdırıb çıxarmaq və universitet binalarını ələ keçirmək üçün polis bölmələri yerləşdirilib.

 

Bir gün əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydenin etirazlarla bağlı vəziyyətin həllində gördüyü işləri yüksək qiymətləndirib.

 

Bundan əvvəl Nyu-York Polis Departamentinin rəhbəri Edvard Kaban bildirmişdi ki, Qəzza zolağındakı vəziyyətlə bağlı 2023-cü ilin oktyabrından bəri Amerika metropolisində mindən çox etiraz aksiyası keçirilib.

 

Bundan əvvəl ABŞ səfirliyi Gürcüstandakı etiraz aksiyalarına dəstək verib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
42
Mənbələr
Şərh ()
Bağla