AZ

“Neftçi”nin xorvat yerlisi: “Bizdən istənilən və gözlənilən odur ki...”

“Hər qələbə gözəldir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç deyib.

Milliləşdirilmiş orta sahə oyunçusu bilidirib ki, Premyer 32-ci turunda “Turan Tovuz” üzərində qazanılan 3:0 hesablı qələbə növbəti oyunlar üçün motivasiya olacaq:

“Komanda uğurlu çıxış edirsə, bu, istər-istəməz hamıya psixoloji cəhətdən kömək edir. Ümid edirəm ki, bəhrəsini görəcəyik.

Dörd turdan sonra mövsüm başa çatacaq. Dörd tur 12 xal deməkdir.

Həmin 12 xalı qazanacaq gücdəyik. Çempionatı ikinci yerdə başa vurmalıyıq. Bizdən istənilən və gözlənilən budur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla