AZ

Türkiyədə yerli seçkilərin yekun nəticələri mayın 6-da açıqlanacaq

Türkiyə Mərkəzi Seçki Komissiyası (MSK) martın 31-də keçirilmiş yerli özünüidarəetmə orqanlarına seçkilərin yekun nəticələrini mayın 6-da açıqlayacaq.

“Report” xəbər verir ki, bu barədə MSK-nın məlumatında deyilir.

Qeyd edək ki, Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində 30 böyük şəhərin meri, bələdiyyə və yerli özünüidarəetmə orqanlarının başçıları seçilib.

Son nəticələrə görə, müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) 37,77 faiz səs toplayaraq səslərin 35,49 faizini qazanan hakim Ədalət və İnkişaf Partiyasını (AKP) üstələyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
4
Mənbələr
Şərh ()
Bağla