AZ

“Deyirlər, legionerlər Bakıdan kənarda qala bilmir, Naxçıvanda yaşasalar...”

Ötən mövsüm doğma azarkeşlərinin önündə Birinci Liqada çempionluq sevinci yaşayaraq Premyer Liqaya yüksələn “Araz-Naxçıvan” rəqiblərini Bakıda qəbul etməkdədir.

Naxçıvan şəhər stadionunun elitanın standartlarına cavab verməməsi belə bir məcburiyyət yaratdı.

Muxtar Respublikada yaşayan, ürəyi futbolla döyünən azarkeşlər sevimli komandalarını və rəqibləri Naxçıvanda görmək istəyir.

Maraqlıdır, “kiçik torpaq”da futbolçuların yaşaması üçün şərait necədir? Legionerlərin darıxmaması, ailələri ilə xoş vaxt keçirməsi üçün nə kimi üstünlüklər var?

2022/23 mövsümündə çempion komandanın heyətində yer alan, Naxçıvanda yaşayan Vadim Abdullayev Sportinfo.az-a açıqlamasında Muxtar Respublikada oynamağın və yaşamağın üstünlüklərindən danışıb:

“Sumqayıt” azarkeşlərinin “Neftçi” və “Qarabağ”la oyunlarda stadionu doldurmasının komandaya necə motivasiya verdiyini gördük.

Tovuzda bütün komandalar əziyyət çəkir. Azarkeş komandanın yarısıdır, tribunadan dəstək görmək futbolçuya ikiqat motivasiya verir.

Bu il bütün oyunları demək olar azarkeşsiz oynamışıq. Ev oyunlarımızı “Liv Bona Dea Arena”da keçirsək də, bəzi matçlarda rəqib komandaların fanatlarının sayı bizim tərəfdarların sayından çox olub.

Boş tribunalar qarşısında oynamaq heç kimə xoş deyil.

Bu mövsümdə rəqibləri Naxçıvanda qəbul etsəydik, sizi inandırım, avrokuboklar uğrunda mübarizə aparardıq. Ötən mövsüm Naxçıvanda məğlubiyyətin nə olduğunu bilmirdik.

Deyirlər, legionerlər Bakıdan kənarda qala bilmir. Vallah, Naxçıvanda yaşamaq elə rahatdır ki. Bakıda yaşayıram, amma mənim üçün Naxçıvanın yeri tam başqadır.

Havası, təmizliyi, sakitliyi nəyə desən dəyər. Legionerlər orada yaşasalar, darıxmazlar, əksinə, zövq alarlar. Gəzməyə, ailə ilə vaxt keçirməyə yerlər çoxdur”.

HƏBİB

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla