AZ

Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR

Türk Dövlətləri Təşkilatının (TDT) rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) birgə təşkilatçılığı ilə ilk dəfə ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” keçirilib. 
 
Forum ölkələr arasında mövcud bazar və investisiya imkanlarının öyrənilməsi, türk markaların beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlərarası kommersiya münasibətlərinin inkişaf etdirilməsi, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasına dəstək, türk dövlətləri arasında münasibətlərin gücləndirilməsi məqsədi daşıyır.
 
Forumda “Türk dövlətləri arasında iqtisadi əməkdaşlıq, qlobal iqtisadiyyata təsiri və tövhəsi”, “ Çin yoxsa Hindistan yolu?, Ələt Azad İqtisadi zonasının əhəmiyyəti”, “Türk qadını - Qadın sahibkarlığının inkişafı”, “Türkdilli ölkələrdə iqtisadi əməkdaşlıq - Brendləşmə, Françayzinq” başlıqlı panellər keçiriləcək. Hər bir panel müzakirəsində müxtəlif dövlət qurumlarından yüksək vəzifəli şəxslər, investorlar, xarici ölkələrdən gəlmiş mütəxəssislər çıxış edib.
 
Forum çərçivəsində 12 şirkət öz stendlərində məhsul və xidmətlərini sərgiləyib. 
 
Tədbirdə ümumilikdə 500-ə yaxın yerli və xarici qonaqlar, sahibkarlar, ziyarətçilər, media nümayəndələri və iş adamları iştirak edib.
 
Forum hər il müxtəlif türk dövlətlərində davamlı olaraq keçiriləcək. 
 
Seçilən
46
50
Mənbələr
Şərh ()
Bağla