AZ

Taksilər niyə "ürkək ceyrana" dönüb?

Gələn ay Bakıda taksi xidmətlərində dəyişiklik olacağı, bəzi avtomobillərin xətdən qaldırılcağı ilə bağlı xəbər cəmiyyətə pis təsir edib.

Şəhərdə taksi tapmaq əziyyətə çevrilib.

Hit.az taksi sürücüləri arasında sorğu keçirib.

Taksi sürücüsü Zeynal Zeynalov bildirib kİ, bu məsələdə əziyyət taksi sürücülərinə düşəcək:

“Çoxumuz aldığımız avtomobillərin kredit borcunu ödəyib, qurtara bilməmişik. Artıq işə yaramayacaqsa, bu avtomobilləri satıb, yeniləmək də böyük xərc deməkdir. Ona görə bir çox sürücülər etiraz olaraq, az işləyir, yada qiymətləri artıq deyirlər”,- deyə o bildirib.

Digər sürücü Mərdan Əzimov da onun fikri ilə razılaşıb, bu vəziyyətdə taksi sürücülərinin iqtisadi vəziyyətini heç kimin düşündürmədiyindən giley-güzar edib:

“Qiymətləri qaldırmışıq, çünki buna məcburuq. Gündə bir qayda çıxarırlar, biz də əziyyət çəkirik, sərnişinlər də”-deyə bildirib.

Sərnişinlər isə qiymətlərin bahalaşmasından və taksilərin sayının azalmasından şikayətçidirlər. 

Həmişə belə olur, bahalaşma xəbəri çıxan kimi bir dəfə qiymətlər qalxır, bahalaşma başlayan gün də bir dəfə. Yanan  da bizik, yaman da.

Murad

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla