AZ

Tbilisidə "Qəhrəmanlar" meydanı bağlandı:POLİSLƏ ETİRAZÇILAR ARASINDA NÖVBƏTİ TOQQUŞMA...

Tbilisidə Gürcüstan parlamentinin qarşısında etiraz aksiyası bərpa edilib.

 

Senzor.az bildirir ki, hazırda Rustaveli prospekti boyunca yol bağlanıb.

 

Nümayişçilər əllərində “Rusiya qanunlarına yox”, “Rusiyaya yox, Avropaya hə” plakatları tutublar.

 

Etirazçılar "Qəhrəmanlar" meydanını da bağlayıblar.

 

Hazırda hadisə yerinə polis qüvvələri gəlib və etirazçıları ərazidən uzaqlaşdırmağa çalışır. 

 

Artıq polislə etirazçılar arasında toqquşmanın baş verdiyi, saxlanılanların olduğu barədə məlumatlar yayılıb.

Qeyd edək ki, polis bundan əvvəl nəqliyyatın hərəkətinin bərpa olunması üçün etirazçılara dəfələrlə xəbərdarlıq edib.


 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla