AZ

Qazaxıstanda kömür mədənində tüstülənmə baş verib

Qazaxıstanın Karaqanda vilayətindəki Kostenko adına kömür mədənində tüstülənmə baş verib.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Tüstü ilkin yanğınsöndürmə avadanlığı ilə konveyer marşrutu hissəsinin elektrik mexaniki Aybar Kosanov tərəfindən aradan qaldırılıb.

Nazirlik bildirib ki, tüstünün aradan qaldırılmasına baxmayaraq, təxliyə planının tətbiqi və digər səviyyələrdə mədənlərdə olan 194 şaxtaçının çıxarılması barədə qərar qəbul edilib.

Saat 21:47-yə (Bakı vaxtı ilə 20:47 - Qeyd) 187 şaxtaçı səthə çıxarılıb, hadisəyə nəzarət etmək və şaxtaya həyati dəstək göstərmək üçün sahə rəhbərləri və nəzarətçilər arasından 7 işçi hadisə yerində qalıb.

Qeyd edək ki, ötən ilin oktyabrın 28-də kömür mədənində baş verən partlayış və yanğın nəticəsində 47 şaxtaçı həlak olub. Hadisə zamanı mədəndə olan 252 nəfərdən 205-i xilas edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
3
Mənbələr
Şərh ()
Bağla